2010-cu ildə futbol dünya çempionu olan ispaniyalı yarımmüdafiəçi Serxio Buskets ABŞ-ın "İnter Mayami" klubuna keçib.
"Unikal" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə müqavilənin təfərrüatları açıqlanmayıb.
Busketsin 34 yaşı var və karyerası boyu İspaniyanın "Barselona" klubunda çıxış edib. Bu klubun heyətində yarımmüdafiəçi doqquz dəfə İspaniya çempionu olub, üç dəfə Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub, həmçinin yeddi dəfə İspaniya kuboku və Superkubokunun qalibi olub. S.Buskets həmçinin İspaniya millisi ilə 2010-cu ildə dünya çempionu və 2012-ci ildə Avropa Çempionu olub.
Xatırladaq ki, “İnter Mayami” daha əvvəl PSJ-dən ayrılan Lionel Messini heyətinə qatıb. Messi və Buskets uzun illər “Barselona”da birgə oynayıblar.