Azərbaycan millisinin müdafiəçisi Mert Çelikin yeni komandası müəyyənləşib.
"Unikal" xəbər verir ki, “Neftçi”dən ayrılan 23 yaşlı futbolçu Türkiyəyə qayıdıb.
Müqavilə ilə “Başakşehir”ə məxsus olan futbolçu növbəti mövsümü icarə əsasında Birinci Liqa təmsilçisi “Bandırmaspor”un heyətində keçirəcək.
Qeyd edək ki, M.Çelik 2020-2023-cü il aralığında icarə əsasında “Neftçi”nin formasını geyinib.