Ağdam rayonunda çaylara gələn sudan istifadə edilir.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Son günlər ölkə ərazisində havaların yağıntılı keçməsi nəticəsində Qarabağdan gələn çaylarda da suyun səviyyəsi artıb. Ağdam ərazisindən keçən Xaçınçay və Qarqarçaya sel gəlib. Bunun üçün də Ağdamın hazırda yaşayış olan məntəqələrində sel sularının törədə biləcəyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.  Xaçın çayın Ağdam ərazisindən keçən hissəsinə su Xaçınçay su anbarından gəlir. Tutumu 23 milyon kub metr olan anbar hazırda tam dolub. Qəza sutullayıcısından çıxan su isə Ağdamın yaşayış məntəqələrindən keçərək Kür çayına axır. İki gündür gələn güclü selin Qərvənd və yaxın yaşayış məntəqələrinə ziyan vurmaması üçün Ağdam Mexaniki Suvarma İdarəsinin texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub. 

Sel sularının gəlməsi nəticəsində Xaçın çay su anbarı tam dolub və çayda olan su gölün qəza su tullayıcı hissəsindən gələn sulardır. Rayon ərazisindən normalara uyğun şəraitdə keçən su heç bir zərər verməyib. Gələn sudan suvarmada da istifadə edilir. İdarə gücləndirilmiş iş rejimində işləyir, bütün tədbirlər görülərək suyun maneəsiz axınını təmin edilib. 

Çaya gələn seldən fermerlər səmərəli istifadə edirlər. Su əkin sahələrinə yönləndirilib. Ərazidə elektriklə işləyən subartezian quyuları fəaliyyətinin dayandırıb. Sakinlər dağlardan gələn minerallarla zəngin çay suyundan istifadə edirlər. 
Hazırda Qarqar çayında 30-35 km3 su var. Xaçın çayında isə 40-45 km3 su var. Xaçın çayının yuxarı hissəsində Əliağalı kəndində Xaçın çay su anbarı var ki, həmin Xaçın çay su anbarının tutumu 23 milyon kub metrdir, anbar tam dolub. Sel suları heç bir torpaqlara, fermerlərə fəsad verməyib. Suyun bolluğunu nəzərə alaraq elektrik enerjisinə qənaət etmək məqsədi ilə Qərvənd kəndində 28, Qarqar çayında isə 41 ədəd artezian quyusu dayandırılıb. 

Növbəti günlərdə də çaya suyun çox gələ biləcəyini nəzərə alaraq idarə tərəfindən texnikalr ərazidə saxlanılır.