SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi və 1 məzunu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının qalibi olub.

"Unikal" xəbər verir ki, onlardan 4-ü Kimya mühəndisliyi, 3-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alıb. 

Ümumilikdə DAAD təqaüdünü qazanan 18 nəfərdən 7-si BANM tələbəsi olub. 
Onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.

DAAD təqaüdü ilə təhsil alacaq tələbələrin siyahısı belədir:

1.Fidan Mahmudova - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
2. Sona Mehdizadə - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
3. İlqar Məmmədov - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
4. Ayşən Zülfiyeva - Kimya mühəndisliyi
5. Afaq Həşimova - Kimya mühəndisliyi
6. Tural Abdulov - Kimya mühəndisliyi
7. Anar Bədəlbəyli – Kimya mühəndisliyi