Binalar tikilərkən zəlzələyə davamlılığı nəzərə alınır.

"Unikal" xəbər verir ki, bunu iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır.

Qurban Yetirmişli deyib ki, Azərbaycan seysmik zonada yerləşir və buna görə zəlzələlərin olması normaldır: “Son zamanlar Azərbaycanda güclü zəlzələlərin baş verəcəyinə dair söz-söhbətlər yayılır. Kim deyir ki, Azərbaycanda zəlzələ olmayacaq?! Zəlzələ ola bilər. Azərbaycan seysmoloji zonada yerləşir və buna görə binalar tikilərkən bu, nəzərə alınır”.