Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi  tərəfindən iyulun 7-də yerin təkinin istifadəyə verilməsi üzrə Naxçıvan şəhərində ilk dəfə hərrac keçirilib. 

Bu barədə "Unikal"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, hərracda 1 lot üzrə Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonu ərazisində yerləşən “Qoşaquldağ” (Pircuvardüzü) qum yatağı satışa çıxarılıb. Başlanğıc qiyməti 15180 manatdan başlayan yatağın istismar müddəti 15 ilədəkdir.