Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası, Zaqatala rayonu Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Qaziyeva təhsilverənlərin sertifikatlaşdırma imtahanı ilə bağlı təəssüratlarını bölüşüb.

“Unikal” xəbər verir ki, S.Qaziyevanın çıxışı alqışlarla qarşılanıb. 

“Keçən il imtahan başlamamışdan elə bir ajiotaj yaradıldı ki, çox çətindir. Mən də düşündüm ki, bəlkə çox çətin olacaq. Heç bir təlimə qoşulmadım, heç bir kursda iştirak etmədim. Sadəcə son bir ay ərzində kurikulumla bağlı öz üzərimdə çalışdım. Sualları görəndən sonra düşündüm ki, heç bir hay-küyə səbəb yoxdur. Burada bir sual səsləndirildi ki, bəs aşağı bal toplayan müəllimlərin taleyi necə olacaq? Bəs MİQ imtahanından yüksək bal toplayıb evdə vakansiya gözləyən gənc müəllimlərin taleyini heç düşünürsünüzmü? İnanıram ki, Elm və Təhsil Nazirliyi də öz yolunda dönmədən addımlayacaq. Müəllim daim öz üzərində işləməlidir. Biz heç bir ölkədən geri qalmamalıyıq", - deyə şəhid anası bildirib. 

Nuranə Abbasova