"WhatsApp" istifadəçilərinə söhbət siyahısının filtrlənməsinə imkan verəcək. İstifadəçilər filtrləmə funksiyası sayəsində söhbətlərə asanlıqla daxil ola biləcəklər.

"Unikal" xəbər verir ki, “WABetaInfo” sözügedən funksiya haqqında ekran görüntüsü paylaşıb.

Paylaşılan ekran görüntüsü funksiyanın necə görünəcəyini göstərir. Şəkilə əsasən, istifadəçilərə filtrasiya üçün üç fərqli variant təqdim olunacaq: “oxunmamış”, “şəxsi” və “biznes”.

Filtrləmə seçimləri söhbətlər səhifəsinin yuxarı hissəsində tapılacaq. Maraqlıdır ki, qrup söhbətləri üçün xüsusi filtrləmə variantı yoxdur. Qrup söhbətləri üçün filtrləmə variantının gələcəkdə əlavə edilib-edilməyəcəyi bəlli deyil.

Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələ məlum deyil.