Ermənistanın müdafiə naziri Suren Papikyanın avtomobil kortecində qəza baş verib. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə İrəvanda qeydə alınıb. 

"Müdafiə Nazirliyinin 102 nömrəli “Toyota” markalı avtomobili ilə Gürcüstan dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil toqquşub", - məlumatda deyilir. 

Qəzaya uğrayan şəxslərin Papikyanın mühafizəçiləri olduğu aşkarlanıb. 

Ağarza Elçinoğlu