"Mən hər ilin bu günü artıq üç ildir ki,  eyni hissləri keçirdirəm.  Həmçinin, ailəmdə.  Bu,  dəyişilməyəcək bir hissdir". 

Bu sözləri "Unikal"a açıqlamasında  Tovuz döyüşlərində  qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib. 

"30 il də keçsə, bu yara bizim ürəyimizdə qalacaq. Biz elə bir insanları itirmişik ki, fərqi yoxdur istər rütbəsindən, istərsə də, vəzifəsindən asılı olmayaraq yaxın itkisi, ata itkisi bir övlad üçün çox çətindir. Əlaxüsus da belə bir atanı (İlqar Mirzəyevi nəzərdə  tutur. - red). Acımız,  kədərimiz ölənə qədər bizimlə davam edəcək. Məqsədimiz bütün şəhidlərin adını yaşatmaqdır. Bu, bizim müqəddəs borcumuzdur. Xalq olaraq biz bunu hər zaman edəcəyik, yaşadacağıq. 44 günlük müharibədə bizim şəhidlərin qisası alındı. 30 ildir həsrətində olduğumuz torpaqlara qovuşduq". 

Gülayə Mecid 

Video: Ayxan Məlikov