" "Təhsil haqqında" qanunda universitet rektorları 5 il müddətinə təyin olunurlar. Rektorların əksəriyyəti isə 10 il müdəti ötüb. Digərləri isə bu müddətə yaxınlaşırlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

O bildirib ki, "Təhsil haqqında" qanunun indki situasiyada tətbiqi çox vacibdir:

"32 il, 20 ildən çox işləyən rektorlar var. 30 ildən çoxdur ki, müstəqillik qazanmışıq, bir universitet məşhur reytinqlərdə yer almayıb".

Anar Kəlbiyev