Cənubi Koreya prezidenti Yoon Seok Yeol və həyat yoldaşına rus ordusunun Buça şəhərində törətdiyi hərbi cinayətlərin yerləri göstərilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Baş prokuror Andriy Kostin Cənubi Koreya prezidenti Yoon Seok-yola və xanımına 2022-ci ilin martında Buçi şəhərinin işğalı zamanı Rusiya hərbçiləri tərəfindən törədilmiş cinayətlərin yerlərini göstərib”, - deyə məlumatda bildirilir.

Baş prokuror Koreya Prezidentinə qəti mövqeyinə görə təşəkkür edib və dünya birliyinin mülki əhaliyə qarşı irimiqyaslı hücumlara dözməyə haqqı olmadığını vurğulayıb.

***11:44

Cənubi Koreya Prezidenti Yun Sok Yel Kiyevə gözlənilməz səfər edib.

"Unikal" xəbər verir ki,  bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.