Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Samir Məcidov tutduğu vəzifədən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, Samir Məcidov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə rəis təyin olunub.

Murad İbrahimli