İsmayıllıda batan avtomobil turistlərin istifadəsində olubmuş.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə bu gün Lahıc yolunda, Girdiman çayı üzərindəki asma piyada körpüsünün yanında baş verib. Türkmənistan vətəndaşları olan və İsmayıllıya istirahətə gələn milliyətcə azərbaycanlı turistlər 1990-cı il təvəllüdlü Cavadov Rüstəm Qurban oğlu və həyat yoldaşı 1987-ci il təvəllüdlü Qurbanova Elnarə Vidadi qızı "Rentacar" şirkətinə məxsus olan, Bakıdan icarəyə götürdüyü "Toyota Prado" markalı minik avtomobil Girdiman çayından keçərkən suda batıb. Yaxınlıqdakı insanların köməyi ilə avtomobildə olan şəxslər sudan çıxarılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, vətəndaşların və ağır texnikanın köməyi ilə avtomobil çaydan çıxarılıb, hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Şahnəzər Bəşirov

***

14:41

Güclü yağış İsmayıllı rayonunda fəsadlar törədib.

"Unikal"ın məlumatına görə, rayonda sel nəticəsində "Toyota Prado" markalı avtomobili və bir qadını sel aparıb.

Avtomobilə zərər dəyib, qadın isə xilas edilib.

Seymur Əli