İsmayıllı rayonunda qətlə yetirilən qadının kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, rayonun Təzəkənd kənd sakini Etibar Bədəlov 3 uşaq anası olan həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aytən Bədəlovanı bıçaqlayaraq öldürüb. O, hadisə yerindən qaçıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
***
14:43
İsmayıllı rayonunda qətl hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini Etibar Bədəlov ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşını öldürüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov