"Rusiya Qara dəniz razılaşmalarının faktiki olaraq qüvvədən düşməsi ilə bağlı açıqlama yayıb. Rusiyanın bu addımı taxılın dünya bazar qiymətini 3.0 faizdən çox bahalaşdırıb".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, investorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar:

"Bununla belə, hələlik taxıl qıtlığı üçün ciddi iqtisadi əsaslar yoxdur. Bir tərəfdən qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir, digər tərəfdən Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman edilmir. Azərbaycana gəldikdə isə hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar yoxdur. Əvvəlla, sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb.

Qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Həmçinin, Azərbaycanda taxıl biçin mövsümü yeni tamamlanır və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur".