Güclü külək və dolu Balakəndə bir sıra fəsadlar törədib.

"Unikal" xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü külək, leysan və dolu daha çox Balakən rayonun Kortala və Meşəşanbul kəndlərində özünü daha çox göstərib. Qasırğa və güclü külək nəticəsində rayonun Kortala kəndində fərdi yaşayış evlərinin, yardımçı tikililərinin  dam örtüyünü külək aparıb. Kənd əhalisinin şəxsi təsərrüfatlarına, bostan və əkin sahələrinə  ciddi ziyan dəyib.

Güclü külək nəticəsində Kortala və Meşəşanbul kəndlərinin elektrik və rabitə sisteminə ciddi ziyan dəyib. Hazırda sözügedən kəndlərdə elektrik enerjisinin verilməsində ötən gün axşam saatlarından fasilə yaranıb. Hazırda Balakən rayon Fövqaladə Hallar Komisiyasının üzvləri əraziyə ezam olunub, ziyanin aradan qaldırılması sahəsində işlər aparırlar.

Seymur Əli