Bu həftə ordu komandanlığından uzaqlaşdırılan rusiyalı general-mayor İvan Popov Suriyaya göndərilib.

“Unikal” xəbər verir ki, bu barədə “Don-24” informasiya portalı məlumat yayıb.

Bildirilir ki, Cənub Hərbi Dairəsinin qərargahının nümayəndəsinin sözlərinə görə, hərbi idarənin rəhbərliyi generalın gələcək xidmət yeri ilə bağlı qərar verib. O, Suriyaya göndərilib. 

Qeyd edək ki, İvan Popovun Ukraynada rus qoşunlarının üzləşdiyi problemlərdən danışması səbəbindən vəzifədən kənarlaşdırıldığı deyilir. 

Nuranə Abbasova