Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı əhalinin sağlamlığının qorunması ilə bağlı Fərmanda nəzərdə tutulub.

Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.