SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı bu dəfə Şamaxının Zarat Xeybəri kəndində təşkil olunub.

"Unikal" xəbər verir ki, aksiyaya qatılan sakinlərdən 9-u mikrofon önünə çıxaraq qaz təchizatında onları narahat edən problemləri səsləndiriblər. Ünvanlanan müraciətlər əsasən fərdi yaşayış evlərinin qazlaşdırılmasından ibarət olub. Vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Ağsu RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.