2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı alınıb.

"Unikal" xəbər verir ki, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

"Müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib”, - deyə B.Muradova qeyd edib.