Gürcüstanda 3,2 və 3,1 bal gücündə bir neçə saatlıq intervalla iki zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Təbiət hadisələrinin episentri 5 və 10 km dərinlikdə olub.
Birinci zəlzələ Dedoplistskaro şəhərindən 25 km aralıda yerləşən Qamarjveba kəndi yaxınlığında, ikincisi isə Tbilisidən 57 km aralıda qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Ağarza Elçinoğlu