Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Binyamin Netanyahu gələn həftə Türkiyəyə səfər edəcəklər.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

"Bir həftə ərzində Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Binyamin Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək. Prezident Ərdoğanın dəvəti ilə ölkəmizə gələcək liderlər regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacaqlar", - deyəTürkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Abbas Türkiyəyə iyulun 25-də, Netanyahu isə 28-də gedəcək.