Bu gün Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı növbəti keçid baş tutub.
“Unikal” xəbər verir ki, BQXK əməkdaşları 13 erməni xəstəni Azərbaycanın Qarabağ bölgəsindən Ermənistan Respublikasının tibb mərkəzlərinə aparıblar.
Hazırda 200-dən çox xəstə təcili yardım üçün Ermənistanın ixtisaslaşmış tibb mərkəzlərinə göndərilməyi gözləyir.
Qeyd edək ki, Ermənistan Laçın yolunun bağlı olduğunu iddia edirdi.
Nuranə Abbasova