Kəlbəcərdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edən baş əsgər Emin Əliyev dəfn edilib.

"Unikal" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, 22 iyul 2023-cü il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Maz” markalı avtomobili Kəlbəcərdə qəzaya uğrayıb.

Qəza nəticəsində baş əsgər Emin Eldəniz oğlu Əliyev vəfat edib, leytenant Əli İlyas oğlu  Hüseynov isə müxtəlif dərəcəli xəsarətləri alıb.