Sosial şəbəkədə Göyçay rayon Qarabaqqal kənd bələdiyyə binasına iribuynuzlu heyvanların girməsi ilə bağlı görüntülər yayılıb. 

Məsələ ilə bağlı Qarabaqqal bələdiyyəsindən "Unikal"a bildirilib ki, inəklər binaya bilərəkdən çıxarılıb. 

"Hadisə 2 gün əvvəl nahar vaxtı baş verib. Həmin anda binada olmamışıq, qapının da qıfılı yoxdur. Ora həm də mədəniyyət binasıdır. İnəkləri bilərəkdən binaya çıxarıb, şəklin çəkib yayıblar. Bunun adı üstündə maldır. Lap özü çıxıbsa da, çıxar binadan. Niyə çəkib ictimailəşdirirsən? 

Qarabaqqal alimlər kəndidir. İndi kiminsə bələdiyyə ilə problemi varsa, gəlib bizimlə həll etsin məsələsini, daha bütün kəndi niyə biabır edir?", - deyə bələdiyyə sədrinin müavini açıqlayıb. 

Ağarza Elçinoğlu