"NATO Ukraynaya görə bir ildən sonra dağılmağa başlayacaq".
"Unikal"
xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauelin keçmiş qərargah rəisi , istefada olan polkovnik Lourens Uilkerson bildirib.O qeyd edib ki, Ukraynadakı münaqişə tezliklə bitməsə, Şimali Atlantika Alyansı bir ildən sonra dağılmağa başlayacaq. 

Onun fikrincə, NATO-nun dağılması çox vaxt keçməyəcək, təxminən 12-15 ay çəkəcək.

O hesab edir ki, Ukrayna ərazisində münaqişə uzanarsa və ABŞ vəziyyətin həlli üçün heç bir addım atmasa, belə vəziyyət yarana bilər.

Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna Rusiya ilə birbaşa toqquşma ehtimalına görə hələlik NATO-ya qəbul edilə bilməz .