İyulun 26-da Şəmkir Rayon Məhkəməsinin sədri Könül Məmmədov və Abşeron Rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfovanın təqaüdə göndərilib. 

"Unikal" xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurası məlumat yayıb.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hakimlik üzrə son yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onların bundan sonra da hüquq qaydasının inkişafına dəstək göstərəcəklərinə ümidvar olduğunu qeyd edib.