Rusiya dayandırdığı Qara Dəniz Taxıl Sazişini yeni dəhlizlə bərpa etmək istəyir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi ölkənin taxıl dəhlizi üçün yeni marşrut açacağını bildirib.
Ukraynanın "UkrAgroConsult" şirkəti bildirib ki, Rusiyanın "Fars xətti" adlı marşrutu özünə alternativ plan olaraq təyin edib.
Məlumata görə, Volqa çayı üzərindəki limanlardan İranın Ənzəli limanına və enerji paytaxtı hesab edilən Qəzvin bölgəsinin terminallarına çatan marşrut, 2022-ci ildə istifadəyə verilib. Beləliklə, Rusiyanın həm öz coğrafiyasında, həm də Ukraynada işğal etdiyi rayonlardan əldə etdiyi taxılı dünyaya çatdırmaq üçün ilk marşrut yaradılıb.
Hindistanın qərbindəki limanlardan İranın cənubundakı limanlara, oradan isə dəmir yolu ilə Xəzər dənizinə və oradan da Rusiyaya gedən ticarət yolu alternativ taxıl marşrutuna daxil edilib. Əsas marşrut daxilində qərbdəki ticarət yolu Azərbaycandan, şərqdəki ticarət yolu isə Qazaxıstan və Türkmənistandan keçir.
Ağarza Elçinoğlu