Son illərin ən geniş yayılmış xəstəliklərindən biri kimi tanınan Alzheimer xəstəliyinin mümkün “ilk simptomu” qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Çikaqo Universitetinin bir qrup mütəxəssisləri araşdırma aparıb.  

Araşdırmalar nəticəsində məlum olub ki, insanın iybilmə qabiliyyətini itirməsi gələcəkdə xəstəliyin baş verə biləcəyinə işarədir. Genetik olaraq Alzheimer xəstəliyinə meylli insanlarda qoxu itkisini təsbit edən mütəxəssislər, qoxu itkisinin beyində iltihaba səbəb olduğunu bildiriblər.  

Həkim Metyu S. Qudsmitin sözlərinə görə, APOE e4 adlı geni olan insanların qoxu itkisi və idrak qabiliyyətinin azalması xəstəliyinin onlarda olma ehtimalı daha yüksəkdir.

"Neurology" tibb jurnalında dərc edilən araşdırma 865 könüllünün məlumatları izlənilib. Hər 5 ildən bir insanların qoxu və yaddaşı yoxlanılanda qoxusunu itirən insanlarda Alzheimer riskinin daha çox olduğu müəyyən edilib.

Gülayə  Mecid