Azərbaycan Dəmir Yolları sərnişinlərə müraciət edib.

“Unikal” xəbər verir ki, qurum sərnişinlərdən həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməyi tövsiyə edib: 

Visa bank kartlarına bağlanmış “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsulları ilə Abşeron dairəvi dəmir yolu xətti üzrə səfər mümkündür.

Əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək”, - müraciətdə bildirilir.