SOCAR "Azərikimya" İstehsalat Birliyinə yeni baş direktor təyin olunub.

"Unikal" xəbər verir ki, bu vəzifəyə Elnur Elxan oğlu Məmmədli təyinat alıb.

E.Məmmədli 17 ildən artıqdır ki, SOCAR-ın müəssisələrində, son 7 ildə isə SOCAR Türkiyə şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb.