“Filippində “Doksuri” tropik qasırğası nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
“Unikal” xarici mediaya istinadən xəbər verir ki, 20 nəfər isə itkin düşüb.
*** 00:31
Filippində fırtına nəticəsində 6 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Doksuri tropik siklonu ölkəni vurub.
Güclü yağışlardan sonra geniş ərazilər su altında qalıb və elektrik xətləri sıradan çıxıb, 30 min sakin təxliyə edilib .
Sinoptiklərin fikrincə, siklon Tayvana doğru irəlilədiyi üçün pis hava şəraitinin intensivliyi yaxın gələcəkdə azalmalıdır.