"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində gərgin anlar yaşanıb.

"Unikal" xəbər verir ki, proqrama yardım üçün gələn Məmmədağa adlı şəxslə gitara ifaçısı Rəhman Məmmədli arasında mübahisə düşüb.

Belə ki, musiqiçinin şikayətçiyə "Bu insan ailədə böyüklüyü bacarmır" deməsi qarşı tərəfi özündən çıxarıb. Məmmədağa "Gitaranı çaldın, yenə gəldin! Sakit otur yerində. Haqsız yerə üzümə durursan. Haqsızsan! Bütün kanalları gəzirsən. Ağıllı ol. Bacımın mənə vurduğu yara sənin də başına gəlsə, sən də mənim kimi addım atarsan. Otur yerində" deyə, musiqiçini tənqid edib.