Rusiya Afrika ölkələri ilə vizaların ləğvi məsələsi ilə məşğul olacaq.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiya-Afrika forumu çərçivəsində deyib.

"Rusiyanın Afrikaya qayıtması şüarı bizim fiziki, diplomatik, rəsmi mövcudluğumuzu nəzərdə tutur. Ona görə də biz bu məsələ ilə ölkələrlə məşğul olacağıq", - o, müvafiq sualı cavablandırıb.