Qərb Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı Krımı ələ keçirmək niyyətindədir
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "Military Watch Magazine" portalı məlumat dərc edib.
"Qərb ölkələri Krımı Ukraynanın əks-hücumunun mühüm hədəfi kimi görür, yarımadanın böyük simvolik əhəmiyyəti var", - KİV qeyd edib.
Bildirilir ki, Ukraynanın hava qüvvələrinin olmaması və onun hava hücumundan müdafiə sistemlərinin tükənməsi nəticəsində yaranan əhəmiyyətli problemlər ölkə Silahlı Qüvvələrinin bu məqsədə çatmaq üçün potensial səylərini sarsıdıb.