İngiltərənin "Çelsi" futbol klubu rusiyalı iş adamı Roman Abramoviçin sahibi olduğu vaxtda yol verdiyi maliyyə pozuntularına görə UEFA-ya 10 milyon avro cərimə ödəməyə razılaşıb.
“Unikal” xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, İngiltərə Premyer Liqası kluba əlavə cərimələr də tətbiq edə bilər.
Mənbələr bildirir ki, klub itirdiyi pulu məhkəmə yolu ilə keçmiş rəhbərlikdən və ya “Çelsi”nin satışından əldə olunan pulun köçürüldüyü fonddan geri qaytarmağa çalışa bilər.
Nuranə Abbasova