Avropa İttifaqı Nigerə maliyyə dəstəyini müvəqqəti olaraq dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell, "Büdcə dəstəyinin dərhal geri çəkilməsi ilə yanaşı, təhlükəsizlik sahəsində bütün əməkdaşlıq fəaliyyətləri qeyri-müəyyən müddətə dayandırılır" deyə açıqlama verib.

ABŞ da Nigeri Avropa İttifaqı ilə eyni addımı atmaqla hədələyib.