Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır.

“Unikal” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, avqustun 5-dən 6-dək Ciddədə keçiriləcək görüşə 30 ölkədən yüksək səviyyəli rəsmilər gələcək, lakin Rusiya bu siyahıda yoxdur. Böyük Britaniya, Aİ, Polşa və Cənubi Afrika artıq danışıqlarda iştirakını təsdiqləyib. Mənbənin sözlərinə görə, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın da iştirakı gözlənilir.

Danışıqlarda iştirak edənlərin dəqiq sayı hələlik məlum deyil. Ehtimal olunur ki, tədbirdə iyunun 24-də Kopenhagendə Ukrayna üzrə ilk beynəlxalq toplantıda iştirak edən bütün dövlətlər qatılacaq.