Rusiya prezidenti Vladimir Putinlə türkiyəli lider Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.

“Unikal” TASS-a istinadən xəbər verir ki, telefon danışığı zamanı ticarət-iqtisadi əlaqələr, strateji enerji layihələri və turizm sənayesində əməkdaşlıq müzakirə edilib. 

Putinlə Ərdoğan, həmçinin, Ukrayna məsələsindən də danışıblar. 
 

*** 13:45

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında 5 həftədən sonra ilk telefon danışığı gedir. 

“Unikal” TASS-a istinadən xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

“Hazırda telefon danışığı gedir”, - deyə Peskov bildirib.

Nuranə Abbasova