"Yalı çapkını" serialının yeni mövsümünün çəkilişlərinə hazırlıqlar artıq başlayıb.

"Unikal" xəbər verir ki, məşhur yazıçı Gülseren Budaıcıoğlunun əsərinin əsasında lentə alınan ekran işində aktyor Baran Bölükbaşı (Tarık) və Ediz Akşehir (Saffet) serialdan ayrılırlar. 

 Ssenariyə əsasən bu dəfə seriala Halis ağanın xaricdə yaşayan nəvəsi gələcək. "Nukhet" obrazını Binnur Kayanın canlandıracağı bildirilib.

Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.