İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində hərbi dəniz qüvvələri Fars körfəzində, mübahisəli Əbu Musa adası yaxınlığında təlimlərə başlayıb. 

“Unikal” xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

SEPAH-ın komandiri general Hüseyn Səlami və digər yüksək rütbəli hərbçilər təlimlər keçirmək üçün Əbu Musa adasına uçublar. Manevrlərdə aerokosmik qüvvələrin dəstəyi ilə İran qoşunlarının müxtəlif bölmələri iştirak edir. Təlimlərə 600 km mənzilli raketlərlə təchiz edilmiş yeni gəmilər, PUA-lar cəlb olunub.

Nuranə Abbasova