Tunis prezidenti Kais Səid Əhməd əl-Həşanini ölkənin yeni baş naziri təyin edib.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, bu barədə president administrasiyasının bəyanatında deyilir.

Əl-Həşani avqustun 1-də Karfagen sarayında and içib. O, Tunis tarixində ilk qadın baş nazir olan Najla Budin Romdanı əvəzləyib.

Romdan 2021-ci ilin oktyabrından hökumətə rəhbərlik edir.

Baş nazirin dəyişməsinin səbəbləri hələlik açıqlanmayıb. 

Nuranə Abbasova