Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, gündəlik 4-5 dəqiqəlik aktiv fəaliyyət bəzi xərçəng növlərinin riskini 32 faiz azalda bilər.
"Unikal" tibbi saytlara istinadən xəbər verir ki, müşahidə xarakteri daşıyan araşdırmada 22 mindən çox insan iştirak edib. Onlara gündəlik fəaliyyəti izləmək üçün cihazlar taxıblar və həmin şəxslər xüsusi bədən tərbiyəsi ilə məşğul olmayıblar.
Təcrübədən sonra məlum olub ki, gündəlik tapşırıqlar zamanı dörd-beş dəqiqəlik güclü fiziki fəaliyyət xərçəngin ümumi riskini azaldır. Tədqiqatçılar bunu uzunömürlülük üçün sadə bir məşq adlandırıblar. Mütəxəssislər vurğulayıb ki, idmanla məşğul olmaq insulinə həssaslığın yaxşılaşması və xroniki iltihabın səviyyəsinin azalması ilə nəticələnir.
Qeyd edək ki, tədqiqat "JAMA Oncology" tibbi jurnalında dərc olunub.