Qərbi Afrika ölkələrindən biri olan Qanada ötən il İnsan İmmunçatışmazlığı Virusunun (İİV) yaratdığı Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) səbəbiylə 9354 nəfər dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, 2022-ci ildə Qanada QİÇS minlərlə insanın ölümünə səbəb olub .
Qana QİÇS Komissiyasının direktoru Dr. Kyeremeh Atuahene açıqlamasında ölkədə HİV-ə yoluxanların sayının gündən-günə artmağa davam etdiyini bildirib.
Ölkədə 2022-ci ildə 9 min 354 nəfərin QİÇS-dən öldüyünü qeyd edən Atuahene, "Eyni ildə 16 min 574 nəfərin xəstələndiyini və ölkədə HİV-ə yoluxanların ümumi sayının 354 min 927-yə çatdığını" söyləyib.
Atuahene, HİV təxminlərinin epidemiyanın miqyasını anlamaqda kritik əhəmiyyət kəsb etdiyini bildirib.
Komissiyanın HİV/QİÇS-ə qarşı kampaniyaları davam etdirəcəyini vurğulayan Atuahene vətəndaşları virusa qarşı testdən keçməyə çağırıb.