Cənubi Koreyanın Seonqnam şəhərində metro stansiyası yaxınlığındakı ticarət mərkəzində naməlum şəxs avtomobilini piyadalar üçün nəzərdə tutulmuş zonaya sürüb. Daha sonra kişi bıçaqla 9 nəfərə xəsarət yetirib.  

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap"məlumat yayıb.

Bildirilir ki, o, avtomobillə 4  nəfəri yaralayıb.  Polis artıq 20 yaşlı hücumçunu saxlayıb. Hadisənin motivləri açıqlanmayıb.