“Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
"Unikal" xəbər verir ki, Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.
İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan Adrian Mutunun baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) - “Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.