Gürcüstanın qərbində Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Unikal" "İmedi TV"-yə isitnadən xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili deyib. 25 nəfərin axtarışları davam etdirilir. 

*** 12:36

Gürcüstanın Şovi kurort zonasında torpaq sürüşməsində ölənlərin sayı 6 nəfərə çatıb.

“Unikal” “İmedi TV”yə istinadən xəbər verir ki, dağıntılar altından daha 4 nəfərin cəsədi çıxarılıb.

31 nəfərin axtarışları isə davam etdirilir. 210 nəfər helikopterlərlə təxliyə olunub. 

Nuranə Abbasova