Bakıda güclü külək bir sıra fəsadlar törədib.
"Unikal"ın məlumatına görə, paytaxtın mərkəzində, Qoqol küçəsində ağac güclü külək nəticəsində aşıb.
Nəticədə "Mercedes" və "Chevrolet Cruze" markalı 2 avtomobilə ciddi ziyan dəyib.
Baki şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin əməkdaşları tərəfindən operativ olaraq müdaxilə edilib. Aşan ağac ərazidən götürülüb.
Gülayə Mecid