Moldovada taxılla dolu vaqonlar relsdən çıxıb.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, hadisə taxıl qatarı Bessarabska stansiyasından Ukraynanın Reni limanına gedərkən baş verib.

Ümumilikdə 61 yük vaqonu hərəkətdə olub. Hərəkəti bərpa etmək üçün işlər görülür. Səlahiyyətli şəxslər araşdırmalara başlayıb.